DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, sentyabr ayının 4-dən 5-dək respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 16 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə, ümumilikdə, 49 nəfər, o cümlədən, mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanıb.
Natiq Cavadov DİN Mətbuat Xidmətinin əməkdaşı