Avqustun 28-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Nuriyevin idarə etdiyi “Mercedes” və Abşeron rayon sakini K.Məmmədovun idarə etdiyi “VAZ-21019” markalı avtomobillər toqquşub. Nəticədə K.Məmmədovun sərnişinlərindən Sumqayıt şəhər sakini Orxan Allahverdiyev hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
***
Avqustun 28-də saat 10 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Bakı şəhər sakini Q.Hüseynov idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Maştağa qəsəbə sakini Tahirə Bədəlovanı vurub və nəticədə qadın hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Avqustun 29-da saat 1 radələrində Yevlax rayonunun Qaradeyin kəndi ərazisində Bakı şəhər sakini Qərib Orucov idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobili qarşıda gedən, həmyerlisi S.Rəfiyevin idarə etdiyi “Mack” markalı yük avtomobilinin yarımqoşqusuna vurub və hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.