Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 28-də gün bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində xeyli sayda güclü təsiredici psixotrop tərkibli həb aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini C.İsayev saxlanıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq metamfetamin, 763 ədəd metilendioksimetamfetamin və 1004 ədəd ekstazi həbi aşkar edilərək götürülüb.