DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 17 cinayətin üstü “isti izlər”lə açılmışdır.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.
Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılmışdır.
Natiq Cavadov DİN Mətbuat Xidmətinin əməkdaşı