DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində saxlanan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan “AKS-47” markalı avtomat silahı və 20 ədəd patron götürülüb.