23/09/2019 12:12
728 x 90

Südçülük sovxozunda törədilmiş cinayət açıldı

img

Avqustun 21-də DİN-in “102 - Zəng Mərkəzi”nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib və yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilib.    

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanıb. O, törətdiyi əməli etiraf edib.  

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər