18/08/2019 14:18
728 x 90

Bankə qəsəbəsində Mahir Əliyevin meyiti tapıldı

img

Avqustun 5-nə keçən gecə Neftçala şəhəri ərazisində Bankə qəsəbə sakini Mahir Əliyevin üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılıb.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz tədbirlərlə həmin gün şəhər ərazisində M.Əliyevlə həmyerlisi Saleh Ələkbərov arasında münaqişə baş verdiyi və sonuncunun onu döyərək qətlə yetirdiyi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən S.Ələkbərov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Son xəbərlər