18/08/2019 14:12
728 x 90

Polis Binəqədidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirdi - FOTO

img

Binəqədi Rayon Polis İdarəsi və 43-cü Polis Bölməsinin əməkdaşları Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı birgə əməliyyat tədbiri həyata keçirib. Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan  İmişli rayon sakini Fərahim Əzizov, paytaxt sakinləri Elçin Soltanov, Rəşaiq Şeydayev və Qüdrət İslamov saxlanıb. Onların üzərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Son xəbərlər