18/08/2019 14:14
728 x 90

Bir tona yaxın narkotik tərkibli bitki məhv edildi

img

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi Şahdağ Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Zindan-Muruq kəndi ərazisində yabanı halda bitmiş yaş çəkisi bir tona yaxın, hündürlüyü 150-300 sm olan 581 ədəd çətənə kolu aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Son xəbərlər