DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qubada itkin düşən şəxs tapılıb. Rayonun Möhüc kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən 37 yaşlı Almasov Qəni 18 noyabr tarixdə saat 16:00 radələrində Quba rayon MRX-nın Poliklinika şöbəsinə gəlib, lakin çıxdıqdan sonra evə qeri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Polis Şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Nizam HƏMİDOV polis leytenantı