Bazar günü günü, 15 noyabr 2026
     

"Ən-Nüsra Cəbhəsi"nin 5 azərbaycanlı səhra komandiri?

Image


Suriyada gedən hərbi əməliyyatlar zamanı ölmüş "Ən-Nüsra Cəbhəsi" terror qruplaşmasının cihadçıları — Sabirabad rayonundan olan iki qardaşın arvad və uşaqları barədə hələlik heç nə məlum deyil.

Bu barədə “Sputnik Azərbaycan”-a Sabirabad rayon hüquq-mühafizə orqanları Rusiya KİV-də yayılmış "ən-Nüsra Cəbhəsi"nin bazasının və Suriyanın İdlib əyalətində 50 terrorçunun məhvi barədə yayılan xəbərləri şəhr edərkən bildiriblər.

Qeyd edək ki, oktyabrın 4-də Rusiya aviasiyası Suriyada "ən-Nüsra Cəbhəsi" qruplaşmasının komandanlığını məhv edib. Eyni zamanda terrorçuların Əbu Muhəmməd əl-Culyani kimi tanınan başçısı da yaralanıb. 12 səhra komandiri, eyni zamanda ən-Culyaninin şəxsi mühafizəsinin rəisi də məhv edilib. Daha əvvəl Rusiya hərbçiləri sözgedən qruplaşmanın 2 min silahlısının öldürüldüyünü xəbər vermişdi.  Bununla belə, "ən-Nüsra Cəbhəsi" o təşkilatlardandır ki, onun sıralarında Azərbaycan vətəndaşları kifayət qədər fəaldırlar. "Ən-Nüsra Cəbhəsi"nin bir çox səhra komandirləri azərbaycanlılardır. Bu təşkilatın sıralarında konkret nə qədər Azərbaycan vətəndaşının olduğu dəqiq məlum deyil. İdlib əyalətinin şimal-qərb hissəsində son zamanlara qədər "Ən-Nüsra Cəbhəsi" silahlı birləşməsinin 10 minə qədər üzvü vardı. Dünya KİV-nin məlumatlarına inansaq, bu təşkilatın üzvlərinin 75%-ə qədərini yerli suriyalı silahlılar, 30%-ni isə əcnəbilər təşkil edir ki, onların da arasında kifayət qədər qafqazlı var. Qafqazlıların sayına görə "Ən-Nüsra Cəbhəsi" Suriyada İŞİD-dən sonra ikinci yeri tutur. 2016-cı ilin iyulunda "Ən-Nüsra Cəbhəsi" "Əl-Qaidə" terror təşkilatının təsir dairəsindən çıxıb. "Ən-Nüsra Cəbhəsi"nin döyüşçüləri təkcə Bəşər Əsəd ordusuna qarşı döyüşmür, həmçinin Suriya hökuməti yanındakı mühafizə qüvvələri ilə, eləcə də İŞİD və Livan islamçılarının "Hizbullah" hərəkatı dəstələrinin əleyhinə döyüşürlər.

 

Ötən il saxlanılmış Şirvan şəhər sakini Nofəl Bədirov hüquq-mühafizə orqanlarına "Ən-Nüsra Cəbhəsi"nin islamçılarının MDB ölkələri, eləcə də Azərbaycan vətəndaşlarını necə əməkdaşlığa cəlb etdiklərini, onların "beyinlərini yuduqlarını" anladıb. Bədirov dörd ay ərzində Suriyadakı hərbi əməliyyatlarda iştirak edəndən sonra 2014-cü ilin əvvəllərində — hələ respublikada ölkə sərhədlərindən kənarda silahlı birləşmələrin tərkibində iştirak edən vətəndaşların cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qanun qəbul olunmamışdan qabaq Azərbaycana qayıdıb.

Xatırladaq ki, AR Cinayət Məcəlləsinin 283-1 maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə 9 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunun geriyə qüvvəsi olmadığına görə Bədirov vətənə qayıtdıqdan sonra həbs olunmayıb. İki ildən sonra polisə Bədirovun evində qadağan olunmuş dini ədəbiyyat saxladığı barədə məlumat daxil olub. Sabirabad rayon Polis İdarəsinin əməkdaşları evdə axtarış apararkən orada nəinki dini ədəbiyyat, eləcə də müvafiq məzmunda disklər də aşkarlayıb. İstintaq zamanı kişi müsəlman olduğunu etiraf etsə də, radikal cərəyanın nümayəndəsi olduğunu deməkdən boyun qaçırıb. Onun sözlərinə görə, Suriyada baş verənlərin cihad olmadığını başa düşəndən sonra oradan qaçıb. "Orada tam bir qarışıqlıq var, muzdlu döyüşçülər istədiklərini edərlər. Məni aldatmışdılar, ona görə də ilk fürsətdə qaçdım" — deyə Bədirov bildirib. Saxlanılan şəxs deyib ki, əməkdaşlığa cəlb edənlər ona müharibədə iştiraka görə böyük məbləğdə pul vəd etsələr də, sonradan ayda cəmi 100 dollar ödəyiblər.

Oktyabrın 11-də "Ən-Nüsra Cəbhəsi" agentlərinin Bədirovu əməkdaşlığa cəlb etmələrinin təfərrüatları məlum olub. Belə ki, o, hüquq-mühafizə orqanlarına respublikanın müxtəlif regionlarından olan "Ən-Nüsra Cəbhəsi"nin beş səhra komandiri haqqında danışıb. Onun sözlərinə görə, Qafqaz ölkələrindən olan bütün döyüşçülər uydurulmuş adlarla fəaliyyət göstərirlər. Bədirov özü isə əməkdaşlığa Dağıstan vətəndaşı tərəfindən cəlb edilib. Ehtimal ki, terror təşkilatının "beyin yuma" əməliyyatının toruna, əsasən daha əlçatan olduğu üçün, şimal regionlarının, coğrafi cəhətdən Dağıstana yaxın ərazilərin sakinləri düşür.

Bədirov Suriya ərazisinə Türkiyədən keçib, amma dərhal hərbi əməliyyatlarda iştiraka buraxılmayıb. İki həftə ərzində o, digər muzdlularla bərabər "Ən-Nüsra Cəbhəsi"nin Suriyadakı filtrasiya bazasında olub. Burada onların "saxta" olub-olmadıqlarını yoxlayıblar. Yoxlama həmin vaxt Sumqayıtda olan islamçılar vasitəsilə aparılırmış. Yalnız silahlılar tamamilə əmin olandan sonra ki, Bədirov saxta deyil, onu səhra komandirlərinin ixtiyarına veriblər.

Burada qeyd etmək lazımdır ki, 2013-cü ilin dekabrında Sumqayıtda baş verən atışmalardan sonra xüsusi xidmət və daxili işlər orqanları ölkənin təhlükəsizliyini təhdid altında saxlayan şəxslərə qarşı iri həcmli əməliyyat həyata keçirərək onları aşkara çıxardı.

2013-cü ilin 11 dekabr gecəsi 10-cu mikrorayonda, "Sultan" supermarketi yaxınlığındakı çay evində dini sektaların üzvləri arasında odlu silahlardan istifadə etməklə münaqişə baş verib. Çayxananın ziyarətçiləri bu məsələni müzakirə ediblər: "Bəşər Əsəd ordusu ilə müharibəyə döyüşçü göndərmək düzgündürmü və bu cihaddırmı?" Bununla əlaqədar olaraq atışmanın 20-dən çox iştirakçısı, eləcə də xaricilər sektasının başçısı Elçin Əkbərov saxlanıb.

Həvariclər və ya xaricilər islam tarixində ilk dəfə müsəlmanların əsas hissəsindən ayrılmış dini-siyasi qruplaşmadır. Xaricilər Müaviyə ilə sülh bağlanandan sonra ilk dəfə qiyam qaldırmış Əli ordusunun 12 min əsgəri idi. Hadisələrin bu cür cərəyan etməsi həzrət Əlinin ordusunda parçalanmaya səbəb oldu. Münaqişənin hakimlərin vasitəsilə həllini rədd edən, sayı 12 minə çatan döyüşçülər həzrət Əlinin ordusundan ayrılaraq (xaric olaraq) Harura adlı məntəqədə toplandı. Onlar "hökm yalnız Allahındır", "Allahdan başqa heç kəsin hökm vermə haqqı yoxdur" şüarları səsləndirir, mübahisənin hakimlər yolu ilə həll edilməsinə razılıq verən həzrət Əli və Müaviyyəni, eləcə də tərəfdarlarını kafirlikdə ittiham edirdilər. Xəvariclər öz məqsədlərinə nail olmaq üçün rəqiblərinin və iğtişaş törədənlərin siyasi qətlinə fərman veriblər.

Zamanla xaricilər müxtəlif qruplara bölündülər: əzrəkilər, ibadilər və başqalarına. Hazırda onların sayı azdır (əsasən Omandadırlar ki, orada da əhalinin əksəriyyətini ibadilər təşkil edir — red.). Şəriət terminologiyasına görə, xaricilər hərəkatın ən qəddar mühafizəkar nümayəndələridir. Onlar öz əqidələrinin doğruluğuna o qədər əmindirlər ki, bunun uğrunda hər an ölməyə, canlarını qurban verməyə hazırdırlar. Heç bir zərurət, əsaslı səbəb olmadan həyatlarını təhlükə qarşısında qoymaqdan çəkinmirlər. Öz dini baxışlarına və siyasi görüşlərinə tərəfdar olmayan, rəhbərlərini xəlifə kimi tanımayan, həzrət Əlini, Osmanı kafir elan edib lənətləməyən hər müsəlmanı kafir sayır, amansızcasına öldürürlər. Xaricilər dövrün siyasi sabitsizliyi və sosial problemlərindən narahat olduqlarını büruzə verir, müsəlmanlar arasında siyasi çəkişmələrin olmamasını, mütləq ədalətin hökm sürməsini, İslamın ilk dövrlərində olduğu kimi qardaşlıq və vəhdətin hakim kəsildiyi cəmiyyət və siyasi sistemin bərqərar olmasını arzulayırlar. Onlar yüksək xəlifəlik vəzifəsinə İslam ehkamını bilən hər bir mömin müsəlmanın, hətta zəncinin seçilə biləcəyini iddia edir, xəlifənin hökmən Qureyş tayfasından olmasına dair sünni və şiə təsəvvürlərini rədd edirlər. Xəlifəni icma mənafeyinin ifadəçisi və müdafiəçisi hesab edən xaricilər müsəlman icmasına sözsüz suverenlik verilməsini siyasi proqramlarının əsas maddəsi elan etmişlər. Onların fikrincə, xəlifəni seçmiş olan ruhanilər icması onun yeritdiyi siyasət müsəlmanların əksəriyyətinin mənafeyinə uyğun gəlmədikdə, onu istədiyi vaxt vəzifəsindən götürə, hətta öldürə bilərlər.

Əməliyyatçılar Azərbaycanda xaricilər sektasının 210 üzvünü qeydə alıb. Əsasən Ağsu, Xaçmaz, Şamaxı və Qusar rayonlarından olan bu adamlar xaricilərin mərkəzi qərargahı Sumqayıtda yerləşdiyi üçün ora toplaşırlarmış. Lakin profilaktik tədbirlərdən sonra xaricilərin 80%-i öz evinə gedib. Onlara sözügedən sekta ilə əlaqələrin və Suriyaya müharibəyə getmək üçün əməkdaşlıq təkliflərinin təhlükəli olduğu izah edilib. Demək olar ki, liderləri Elçin Əkbərovun həbsindən sonra sekta üzvləri dağılıb.

Bununla belə, Bədirov deyib ki, "beyni yuyulmuş" azərbaycanlılar əsasən diversiya qruplarına daxil olur və partizan fəaliyyətlərinə cavabdehdirlər. O özü əmirlərə və səhra komandirlərinə qadın göndərməklə məşğul olurmuş. Hüquq mühafizəçilərinə məlum olub ki, terrorçular üçün qadın və qızları Suriyaya əsasən Tacikistandan aparırlar. Bədirov onların qruplarını Türkiyənin Hatay sərhədindən keçirirmiş.

Öz növbəsində Dövlət Təhlükəsizliyi Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Spunik Azərbaycan-a bildiriblər ki, "Ən-Nüsra Cəbhəsi"nə qoşulan Azərbaycan vətəndaşlarının dəqiq sayı bəlli deyil. Bu yaxınlarda DTX rəisi, general-leytenant Mədət Quliyev isə bildirib ki, onlara müxtəlif silahlı birləşmələrə, eləcə də "Ən-Nüsra Cəbhəsi"nə daxil olan Azərbaycan vətəndaşları barədə rəqəmlər daxil olmaqdadır.

Qeyd edək ki, DTX-nın açıqladığı statistikaya görə, 900-dək azərbaycanlı qadağan olunmuş radikal terror təşkilatlarına qoşulub. Onlardan 85-i Azərbaycana qayıdıb və hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. 195 nəfər Azərbaycan vətəndaşlığından xaric edilib. Kütləvi şəkildə İraqa gedən azərbaycanlılardan 300-ə qədəri qətlə yetirilib.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ