ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüş sonrası Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən, Ankarada keçiriləcək NATO sammitindən əvvəl Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışını təsdiqləyəcəyini deyib.
Ərdoğanın şəxsi keyfiyyətlərini tərifləyən Tramp, həmçinin, Türkiyənin ABŞ-ın İrana qarşı müharibəsinə müdaxilə etməməsini də təqdir edib.
"Və o, müharibədə iştirak etməyib. Bilirsiniz, o, İranla müharibəyə girmək üçün əsas namizəd idi, bəlkə də İran tərəfində, çünki bildiyiniz kimi, o, İsrailin böyük fanatı deyil. Amma mən ondan müdaxilə etməməsini xahiş etdim və o müdaxilə etmədi. Elə Prezident Si Cinpin və açığı, Putin də eyni şeyi etdi”, - deyə Tramp bildirib.
SAMİRƏ