Rumıniya Nümayəndələr Palatası Moldova ilə birləşməyi təklif edən qanun layihəsini "gizli təsdiq" proseduru ilə qəbul edərək yekun qərar üçün Senata göndərib.
Sağçı S.O.S. Rumıniya partiyası tərəfindən hazırlanan qanun layihəsi hökumətə Kişinyovla birləşmə danışıqlarına başlamaq səlahiyyəti verir və qərarın ABŞ, NATO, BMT və AB-yə bildirilməsini nəzərdə tutur.
Məsələ Moldovada ciddi müzakirələrə səbəb olub, xarici işlər naziri Mihai Popşoi birləşməni dəstəklədiyini bildirib, Kişinyov meri İon Çeban isə buna qarşı çıxıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Moskvanın belə bir ssenariyə qarşı olduğunu bildirib və potensial birləşmənin Moldovanın bir dövlət kimi mövcudluğuna son qoyacağını iddia edib.
Tahir TAĞIYEV