Şamaxı rayon sakini Elçin Sadıqov “Mercedes Vito” markalı avtomobili idarə edərkən sürücülük hüququ məhdudlaşdırıldığına və çoxsaylı ödənilməyən cərimələri olduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Qobustan rayonu ərazisində yerləşən stasionar postunda saxlanılıb.
BDYPİ-dən bildirilib ki, hüquq və vəzifələri izah olunarkən E. Sadıqov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa çalışıb və YPX əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq postu tərk edib.
Görülən tədbirlər nəticəsində E. Sadıqov saxlanılıb. Barəsində tərtib edilmiş inzibati materiallar məhkəməyə təqdim olunub və o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
BDYPİ bir daha xatırladır ki, polis əməkdaşlarının qanuni tələblərinə əməl olunması hər bir şəxsin qanunla müəyyən edilmiş vəzifəsidir. Bu tələblərin yerinə yetirilməməsi və məsuliyyətdən yayınmağa yönələn hərəkətlər qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət yaradır.
ZÜMRÜD