Hörmüz boğazı ilə bağlı yeni açıqlama verən ABŞ Prezidenti Donald Tramp, İranın ABŞ-a boğazdan keçən gəmilərdən heç bir tranzit haqqı, sığorta xərcləri və ya digər ödənişlər tələb etmədiyini bildirdiyini açıqlayıb.
Tramp, bu məlumatın yalan olduğu ortaya çıxsa, danışıqların dərhal dayandırılacağını deyib: "Əgər bu yalan məlumatdırsa, danışıqlar dərhal başa çatacaq".
İranın dondurulmuş vəsaitləri ilə bağlı məlumatlara da toxunan Tramp, ABŞ-ın İrana pul vermədiyini və ya dondurulan İran vəsaitlərindən heç bir məbləği azad etmədiyini bildirib.
"Tamamilə nəzarətimiz altında olan bu pulun bir hissəsini qarğıdalı, buğda, soya və digər məhsullar almaq üçün fermerlərimizin hesabına köçürəcəyik. İranın təcili olaraq ərzağa ehtiyacı var və biz də bu ərzağı onlar üçün ABŞ-dan alacağıq" – deyə Tramp bildirib.
Tahir TAĞIYEV