Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Tədbir zamanı əvvəllər məhkum olunmuş 41 yaşlı Emin Mahmudov saxlanılıb. Ondan 7 kiloqramdan artıq marixuana, heroin və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
ZÜMRÜD