Özbəkistan Fərqanə bölgəsindəki iki kəndi Qırğızıstana verib. Proses dövlət sərhədinin demarkasiyası nəticəsində baş verib.
Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alagözovun sözlərinə görə, dövlət sərhədinin demarkasiyası çərçivəsində əvvəllər Özbəkistanın tərkibində olan iki kənd sakinləri (təxminən 2500 nəfər) ilə birlikdə Qırğızıstana verilib.
Məlumata görə, bu kəndlər əvvəllər Fərqanə bölgəsinin bir hissəsi olan Çonqara və Taş-Tobo kəndləridir. Bu kəndlərdə etnik qırğızlar yaşayır.
İndi bu kəndlərdə qeydiyyat prosedurları aparılacaq və bundan sonra sakinlərinə Qırğızıstan vətəndaşlığı veriləcək. Kəndlərin müqabilində Qırğızıstan tərəfi sərhəd zonasında bərabər ölçülü torpaq sahələrini Özbəkistana verib.
Sai kəndindən Tayan kəndinə yolun çəkilməsi üçün ümumi sahəsi 236 hektar olan bərabər ölçülü torpaq sahələrinin mübadiləsi həyata keçirilib.
SAMİRƏ