Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani İrana təklif olunan 300 milyard dollarlıq investisiya fondunu "əlçatan bir rəqəm" adlandırıb.
O, bildirib ki, Tehran və ABŞ yekun razılığa gələrsə, Körfəz ölkələri 300 milyard dollarlıq investisiya fondunu maliyyələşdirə bilərlər: İran investisiya fondu üçün təklif olunan 300 milyard dollarlıq rəqəm əldə edilə bilən bir rəqəmdir”.
Məlumata görə, Tramp administrasiyası Körfəz ölkələrinin fondu maliyyələşdirə biləcəyini və bu fondun əvvəlcə şirkətlərin İrana investisiya qoyması üçün bir vasitə kimi xidmət edəcəyini iddia edib. Lakin Qətərin maliyyə cəhətdən burada iştirak edib-etməyəcəyi hələ məlum deyil.
Təklif olunan maliyyələşdirmə mexanizmi ABŞ və İran arasında regional düşmənçiliyə son qoymağı hədəfləyən İslamabad sazişinin 6-cı maddəndə yer alır. Bu bəndə əsasən, ABŞ regional tərəfdaşları ilə birlikdə İranın yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard dollar dəyərində yekun proqram yaratmağı öhdəsinə götürür.
Anlaşma memorandumunda planın icra mexanizminin 60 gün ərzində yekun razılaşmanın bir hissəsi olaraq yekunlaşdırılacağı, ABŞ-ın isə müvafiq maliyyə əməliyyatları üçün bütün zəruri təsdiqləri, istisnaları və lisenziyaları təmin edəcəyi bildirilir.
Tahir TAĞIYEV