Venesuelada baş verən iki zəlzələ nəticəsində ən azı 164 nəfər həlak olub, 971 nəfər isə yaralanıb. Bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bəyan edib. Bundan əvvəl yayılan məlumatlarda 32 nəfərin həlak olduğu, 700 nəfərin isə yaralandığı deyilirdi.
Məlumata görə, axtarış-xilasetmə işlərinə kömək etmək üçün digər ölkələrdən, o cümlədən ABŞ-dan da xilasedicilər göndərilib.
Bu, son bir əsrdən çox müddət ərzində Venesuelada qeydə alınan ən güclü zəlzələdir. Ölkədə bir neçə saniyə ara ilə 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib və güclü yeraltı təkanlarla müşaiyət olunub.
Tahir TAĞIYEV