Çexiya Konstitusiya Məhkəməsi Andrey Babiş hökumətinə prezident Petr Pavelin iyul ayında Ankarada keçiriləcək NATO sammitində iştirakını təmin etməyi tapşırıb və dövlət başçısının iddiasını dəstəkləyib.
Bu barədə "Aktuálně.cz" qəzeti məlumat yayıb. Çərşənbə günü keçirilən iclasında Konstitusiya Məhkəməsi kabinetin prezidentin NATO sammitində Çexiya nümayəndə heyətinə qoşulmasına icazə verməli, lazımi əməkdaşlığı təmin etməli və nəqliyyat və akkreditasiya da daxil olmaqla digər təşkilati tələbləri yerinə yetirməli olduğuna qərar verib.
Hakimlər həmçinin bildiriblər ki, prezidentin NATO sammitlərində iştirakı davam etdirilməli olan qəbul edilmiş bir təcrübədir.
Konstitusiya Məhkəməsinin qərarı dövlət başçısı ilə hökumət arasında iyul ayında Ankarada keçiriləcək NATO sammitində Çexiyanı kimin təmsil etməsi ilə bağlı aylarla davam edən mübahisələrdən sonra verilib. Bazar ertəsi günü Andrey Babiş hökuməti Çexiya nümayəndə heyətinə Baş nazirin özü, müdafiə naziri Yaromír Zuna və xarici işlər naziri Petr Macinkanın rəhbərlik edəcəyinə qərar verib. Bu, Pavelin məhkəməyə müraciət etməsinə səbəb olub. Çexiya prezidenti səlahiyyətləri ilə bağlı Konstitusiya Məhkəməsində iddia qaldırıb. Pavel sənəddə iddia edir ki, dövləti xaricdə təmsil etmək onun konstitusiya səlahiyyətlərindən biridir və hökumət onun NATO sammitlərində iştirakına birtərəfli şəkildə mane ola bilməz. Onun sözlərinə görə, bu, tək səfərlə bağlı mübahisə deyil, əksinə, prezidentlə kabinet arasında gələcək təmsilçiliklə bağlı münasibətlərin aydınlaşdırılmasıdır. Qeyd olunur ki, məhkəmə bu iddiaya daha sonra qərar verəcək. Bundan əvvəl Babiş həm baş nazirlərin, həm də prezidentlərin keçmişdə Çexiya adından bu tədbirlərdə iştirak etməsinə baxmayaraq, prezident Petr Pavelin Alyans sammitində iştirakını məntiqsiz adlandırmışdı. NATO iyul ayında Ankarada keçiriləcək Alyans sammitində ölkəni kimin təmsil etməsi ilə bağlı Çexiya Baş naziri Andrey Babiş və prezident Petr Pavel arasında mübahisəyə qarışmaq istəmədiyini bildirib.
SAMİRƏ