Zelenski növbəti dəfə Belarusun ərazisində Rusiyanın Ukraynaya zərbələrini əlaqələndirməyə kömək edən reduktorların olduğunu iddia edib. "Onun bu gün qüllələrində reduktorlar var - Rusiya reduktorları, Belarus reduktorları... Bunun bizim üçün nə fərqi var? Onun ərazisində, Ukrayna ilə həmsərhəd iki bölgə boyunca, Ukrayna əhalisinə, xüsusən də dinc əhaliyə atəş açan avadanlıqlar var", - deyə Ukrayna prezidenti jurnalistlərə bildirib. O deyib ki, hazırda bu üzdən hər gün mülki vətəndaşlar ölür, uşaqlar yaralanır. “Əgər o bunu etməsə, biz edəcəyik", - deyə Zelenski bildirib. Bazar ertəsi günü o, Ukraynanın 1+1 televiziya kanalına verdiyi müsahibədə ultimatumunu təkrarlayıb. "Söndürün, çıxarın və bizə göstərin ki, o, çıxarılıb. Və biz bu məsələni bitirək", - deyə Zelenski tələbini izah edib. O deyib ki, Ukrayna hakimiyyəti əvvəllər dəfələrlə bu tələbi Belarus hakimiyyətinə çatdırıb və indi onlar "ictimai siqnalizasiya mərhələsinə qədəm qoyublar". "Bu o deməkdir ki, əgər o geri çəkilməsə, bunu biz edəcəyik. Vəssalam. Ya onlar, ya da biz. İndiyə qədər bu açıq bəyanata heç bir reaksiya verilməyib", - Ukrayna prezidenti əlavə edib.
SAMİRƏ