Qazaxıstan, Azərbaycan və Gürcüstan “Orta Dəhliz”in inkişafı çərçivəsində vahid uzunmüddətli tarif modelinin yaradılması üzərində işləyirlər. Bunu Qazaxıstan Prezidenti Tokayev deyib.
Tokayev, vahid tarif modelinin hazırlanması ilə yanaşı, tərəflərin Xəzər dənizinin yük donanmasının genişləndirilməsi, Azərbaycanla birgə dibdərinləşdirmə əməliyyatları və Kurik limanının modernləşdirilməsi də daxil olmaqla bir sıra mühüm infrastruktur layihələrini də həyata keçirdiklərini bildirib.
Tahir TAĞIYEV