Prezident Zelenski Belarus ərazisində yerləşdirildiyini və Ukraynaya qarşı dron hücumlarında istifadə edildiyini iddia etdiyi rele stansiyalarının 22 iyunda fəaliyyətini dayandırdığını açıqlayıb.
Zelenski deyib ki, bu məlumatı ona Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski və kəşfiyyat bölmələri çatdırıb.
İyunun 20-də Zelenski Belarus administrasiyasını sözügedən texnikanı sökməyə çağırıb və əks halda Ukrayna ordusunun müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edib.
Belarus hökuməti ölkənin münaqişəyə qarışmasına icazə verməyəcəyini bildirib. Belarus müdafiə naziri Viktor Hrenin hərbi strategiyanın ölkənin daxili təhlükəsizliyinin qorunmasına yönəldiyini, Lukaşenko isə Ukrayna sərhədi boyunca təhlükəsizlik tədbirlərinin artırıldığını bildirmişdi.
Kreml isə Kiyevin açıqlamalarını Belarus üçün xarici təhdid kimi xarakterizə edib, Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın zəruri hallarda Birlik Dövləti çərçivəsində qarşılıqlı təhlükəsizlik müqaviləsi çərçivəsində Belarusu qorumağa hazır olduğunu bildirib.
Tahir TAĞIYEV