Venesuelada bir neçə saat ərzində 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş verib. Paytaxt Karakas da daxil olmaqla bir çox ərazidə genişmiqyaslı dağıntılar qeydə alınıb. Ölənlərin sayı artmaqdadır, yüzlərlə insan yaralanıb.
Hakimiyyət orqanları dağıntılar altında qalanlara çatmaq üçün axtarış-xilasetmə əməliyyatlarının amansızcasına davam etdiyini açıqlayıb.
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez zəlzələ fəlakətində 32 nəfərin öldüyünü və 700-dən çox insanın yaralandığını bildirib. Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini deyən Rodrigez, ölənlərin sayının arta biləcəyi ilə bağlı narahatlıqların olduğunu bildirib.
Tahir TAĞIYEV