Bir sıra Aİ ölkələri blokda sığınacaq axtaran miqrantlar üçün Ruanda və Özbəkistanda mərkəzlər yaratmağı düşünür.
"Politico" nəşrinin məlumatına görə, təşəbbüs Avstriya, Yunanıstan, Almaniya, Danimarka və Hollandiya tərəfindən dəstəklənib. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin sözlərinə görə, Aİ-nin məqsədi 2026-cı ildə "bu strukturların yaradılması ilə bağlı ilk razılaşmaları əldə etmək, 2027-ci ildə isə fəaliyyətə başlamaq"dır.
Lakin adı açıqlanmayan diplomatlar qeyd ediblər ki, Aİ hələ hansı ölkələrin belə mərkəzlər yaradacağını müəyyən etməyib. Nəşrin mənbələri bildirib ki, miqrantların Uqandaya göndərilməsi pərdəarxası müzakirə olunur. Misir və Liviya bloka yaxın olduqları üçün müzakirələrdən kənarlaşdırılıb. Qeyd olunur ki, "qayıdış mərkəzləri"nin yaradılması Aİ rəhbərliyinin deyil, hər bir ölkənin məsuliyyətində olacaq.
Fransa və İspaniya isə bu təşəbbüsə qarşı çıxır. Brüsseldəki BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü öz növbəsində Aİ-nin "populist ritorikanın" və "miqrantlar haqqında alternativ faktların" qurbanı olduğunu bildirib.
SAMİRƏ