AŞPA Gürcüstan hakimiyyətini müxalifətin təqibini dayandırmağa, bir sıra repressiv qanunları ləğv etməyə və azad və demokratik seçkilər üçün şərait yaratmağa çağıran qətnamə qəbul edib.
Qətnaməni təşkilatın 83 üzvü dəstəkləyib, 5 üzvü əleyhinə səs verib, 4 üzvü isə bitərəf qalıb. Qətnamə müəllifləri xatırladırlar ki, Avropa Şurasına üzvlük müəyyən müzakirə olunmayan öhdəliklər - akademik fəaliyyət azadlığına təsir edən təhsil islahatları və jurnalistlərə qarşı transmilli repressiyalar da daxil olmaqla, demokratiyanı sarsıdan tədbirlərin pislənməsini nəzərdə tutur.
AŞPA həmçinin Gürcüstanda nümayişlər zamanı polis zorakılığı hallarının hərtərəfli araşdırılmasına çağırır və Tbilisinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarına və ATƏT-in tövsiyələrinə əməl etməsinin vacibliyini vurğulayır. Eyni zamanda, Parlament Assambleyası "Gürcüstanda demokratik prinsiplərin bərpasına yönəlmiş dialoqa sadiq olduğunu bəyan edir.
Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili isə ölkəsində demokratiyanın vəziyyətini tənqid edən qətnaməni "anti-gürcüstan" adlandırıb və AŞPA və Avropa Parlamentini Gürcüstanın suverenliyini tanımamaqda ittiham edib.
"Xüsusilə, AŞPA 2024-cü il parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyasını seçən və yeni seçkilər tələb edən gürcü xalqının iradəsini tanımadı, bundan sonra nümayəndə heyətimiz il yarım əvvəl bu təşkilatdakı üzvlüyünü dayandırdı", - deyə Papuaşvili bildirib.
SAMİRƏ