ABŞ Ukraynaya verdiyi kəşfiyyat məlumatları vasitəsilə Moskva yaxınlığındakı hədəflər də daxil olmaqla, müəyyən hədəflərə hücumların həyata keçirilməsinə töhfə verib.
"Financial Times" qəzeti Qərb müttəfiqlərinin Vaşinqton administrasiyasını Kiyevə kəşfiyyat dəstəyi verməyə davam etməyə çağırdığını bildirib. Lakin Rusiya xüsusi hərbi əməliyyat zamanı Ukraynaya göstərilən hər hansı hərbi və kəşfiyyat dəstəyinə qarşı olduğunu vurğulayır.
Qəzet həmçinin yüksək vəzifəli Ukrayna rəsmilərinə istinadən ABŞ prezidenti Trampın Kiyevə dəstəyi artırmaq istiqamətində mövqeyini dəyişməyə başladığını və münaqişəyə son qoymaq üçün Rusiyaya daha çox təzyiq göstərə biləcəyini bildirib.
Xəbərdə Ukraynanın ehtiyatlı yanaşma sərgilədiyi, Zelenski, Tramp və Avropa liderləri arasında keçirilən görüşlərdən sonra "Patriot" hava hücumundan müdafiə raketlərinin və Qərb silahlarının lisenziyalaşdırılmasında irəliləyiş əldə edildiyi bildirilir.
Tahir TAĞIYEV