şənbə günü, 21 noyabr 2026
     

Əfsanələrə ilham verən qədim şəhər Troya - FOTO

Image


Homerin “İliada” və “Odisseya” əsərlərindən tutmuş saysız-hesabsız filmlərə və dünyanın aparıcı mədəniyyət ocaqlarına qədər Troya haqqında hekayələr əsrlər boyu müxtəlif qitələrdə maraq doğurmağa davam edir. Türkiyənin Şimali Egey bölgəsində yerləşən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən bu qədim şəhər təkcə tarixin canlı şahidi deyil, həm də ədəbiyyat, incəsənət, kino və elmi araşdırmalar üçün ilham mənbəyi kimi öz əhəmiyyətini qoruyur. Bu gün Troya irsi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq mədəni tədbirlər vasitəsilə yeni auditoriyalara təqdim olunur.

İyunun 11-də Romadakı Kolizeydə açılan Troya artefaktları sərgisi son illərin ən nüfuzlu beynəlxalq mədəni layihələrindən biri hesab edilir. Qədim şəhərin zəngin irsini dünyanın ən tanınmış mədəni məkanlarından birinə daşıyan sərgidə Türkiyənin 19 muzeyindən, o cümlədən Çanaqqaladakı Troya Muzeyindən seçilmiş 221 eksponat nümayiş olunur. Onlardan 50-si İtaliyada ilk dəfə sərgilənir. Bundan əlavə, İtaliya muzeylərinin kolleksiyalarından 80 eksponat da sərgiyə daxil edilib. Beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olan bu tədbir Troya arxeoloji irsinin zənginliyini nümayiş etdirməklə yanaşı, qədim şəhərin ümumbəşəri mədəni sərvət statusunu bir daha təsdiqləyir.

Bu möhtəşəm sərgi ilə yanaşı, müxtəlif ölkələrdə keçirilən mədəni və elmi tədbirlər də Troya irsini daha geniş auditoriyaya çatdırmağa davam edir. Nyu-Yorkdakı Türk Evində təşkil olunan konfrans və foto sərgisindən sonra növbəti tədbirlər Niderlandda baş tutacaq. İyunun 28-də Amsterdamdakı Yunus Əmrə İnstitutunda Troya mövzusunda xüsusi foto sərgisi açılacaq. Ardınca, iyunun 29-da Troya qazıntılarının rəhbəri professor Rüstəm Aslan Leyden Universitetində konfransla çıxış edəcək.

Troya ilə bağlı beynəlxalq tədbirlərin coğrafiyası getdikcə genişlənir. Dünyanın müxtəlif ölkələrində keçirilən sərgi və konfranslar qədim şəhər haqqında məlumatlılığı artırsa da, Troya həvəskarları üçün bunlar yalnız kiçik bir tanışlıq imkanı yaradır. Bu unikal irsi bütün zənginliyi ilə hiss etmək istəyən səyahətsevərlər isə Türkiyəyə, Çanaqqala şəhər mərkəzindən cəmi 30 kilometr məsafədə yerləşən qədim Troya şəhərinə dəvət olunurlar.

Təbiət, tarix və əfsanələrin qovuşduğu səyahət

Egey bölgəsinin şimal qapısı hesab olunan Çanaqqala, Dardanel boğazının girişində yerləşən və ziyarətçilərinə fərqli təcrübələr vəd edən sahilyanı şəhərlərdən biridir. Günəşli çimərliklər, su idmanı növləri, mənzərəli düşərgə məkanları, velosiped marşrutları və butik şərab yolları Çanaqqalanı Türkiyənin ən cəlbedici istiqamətlərindən birinə çevirir.

Şəhərə gələn qonaqlar Birinci Dünya müharibəsinin ən mühüm səhifələrindən biri sayılan Çanaqqala döyüşlərinin izləri ilə tanış ola, Gelibolu cəbhəsinin tarixi məkanlarını ziyarət edə, hətta sualtı dünyasına baş vuraraq müharibə dövrünə aid batmış gəmiləri kəşf edə bilərlər. Kazdağlarının yaşıllıqlarla örtülü təbiəti, Assosun büllur kimi şəffaf suları, həmçinin Bozcaada və Gökçeadanın özünəməxsus ada atmosferi bölgəyə xüsusi rəng qatır.

Lakin Çanaqqalanın ən dəyərli xəzinəsi, şübhəsiz ki, Troya şəhəridir. Şəhər mərkəzində ucaldılan nəhəng taxta at Troya əfsanəsinin simvoluna çevrilərək ziyarətçilərə bu sirli qədim məkan haqqında ilk təəssüratı bəxş edir. Əsrlər keçsə də, Troya öz sehrini itirməyib və dünyanın dörd bir yanından gələn səyahətsevərləri valeh etməyə davam edir.

Troya: Sivilizasiyaların izlərini yaşadan qədim şəhər

Çanaqqala şəhərindən qısa məsafədə yerləşən Troya tarix və mədəniyyət həvəskarlarını minilliklərə yayılan zəngin keçmişi ilə tanış olmağa dəvət edir. Tevfikiyə kəndində yerləşən bu qədim yaşayış məskəni daha çox Homerin məşhur “İliada” dastanına ilham vermiş şəhər kimi tanınır. Troya müharibəsi şəhərin adını əfsanəyə çevirsə də, bu torpaqlar həmin hadisələrdən çox əvvəl müxtəlif mədəniyyətlərə ev sahibliyi edib.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Troya bu gün erkən Tunc dövründən Şərqi Roma imperiyası dövrünədək uzanan, təxminən 5 min illik fasiləsiz yaşayış tarixini özündə əks etdirir. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmiş on fərqli mədəni təbəqə şəhərin əsrlər boyu davam edən inkişafının canlı sübutu hesab olunur.

Qədim şəhərin girişində ziyarətçiləri nəhəng Troya atı qarşılayır. Tarixi səyahətə buradan başlayan qonaqlar Troya ərazisində yaxşı qorunub saxlanılmış daş divarları və küçələri gəzərək, əfsanələrdə adı çəkilən qəhrəmanların izlərini hiss etmək imkanı əldə edirlər.

Troya eyni zamanda Roma imperiyasının yaranması ilə bağlı rəvayətlərdə mühüm yer tutur. Vergilinin “Eneida” əsərində əbədiləşdirilən əfsanəyə görə, şəhərin süqutundan sonra Troya şahzadəsi Eney yeni bir Troya qurmaq məqsədilə uzun səyahətə çıxır. Bu gün “Eney marşrutu” kimi tanınan və Avropa Şurası tərəfindən Mədəni Marşrut statusu verilən yolun sonunda o, Latium sahillərinə çatır. Rəvayətə əsasən, onun nəslindən gələnlər eramızdan əvvəl 753-cü ildə Romanın əsasını qoyurlar.

Əfsanələrin fövqündə isə dəyişməz bir həqiqət dayanır: Troya minilliklər boyu fasiləsiz məskunlaşmanın davam etdiyi, dünya mədəniyyətinə təsir göstərən qədim Anadolu şəhərlərindən biri olub. Qərb ədəbiyyatının formalaşmasına ilham verən bu mühüm mədəni mərkəzin qalıqları arasında gəzmək, Tunc dövrünə aid istehkamları, Roma dövründən qalan Odeon və Bulevterion tikililərini görmək tarix həvəskarları üçün əvəzsiz təcrübədir.

Qədim şəhərdən kənara uzanan təcrübə: Troya Muzeyi

Troya ilə tanışlıq yalnız qədim şəhərlə məhdudlaşmır. Ərazinin girişində yerləşən və memarlıq üslubu ilə diqqət çəkən, beynəlxalq mükafatlara layiq görülmüş Troya Muzeyi ziyarətçilərə tarixi səyahətlərini daha da zənginləşdirmək imkanı təqdim edir.

Sadə, lakin təsirli memarlıq konsepsiyası ilə seçilən muzeydə Troya ərazisində aparılan qazıntılar zamanı aşkar edilmiş qiymətli arxeoloji tapıntılar nümayiş olunur. Üç mərtəbədən ibarət ekspozisiyada qədim şəhərin minilliklərə söykənən tarixi müasir təqdimat üsulları ilə ziyarətçilərə çatdırılır və Troya irsi yeni nəsillərlə yenidən qovuşur.

Troya səfərini planlaşdıranlar üçün faydalı məlumatlar

Troya şəhərinə necə getmək olar?

İstanbul Hava Limanından Çanaqqalaya hər gün müntəzəm aviareyslər həyata keçirilir. Bundan əlavə, İstanbuldan avtomobillə yola çıxaraq bir neçə saat ərzində Troya qədim şəhərinə çatmaq mümkündür. Yolboyu Egey mənzərələri isə səfəri daha da yaddaqalan edir.

Harada qalmaq olar?

Çanaqqala müxtəlif büdcələrə uyğun geniş yerləşdirmə imkanları təqdim edir. Şəhərdə beynəlxalq hotel şəbəkələri ilə yanaşı, butik hotellər də fəaliyyət göstərir. Daha fərqli və yerli atmosferi hiss etmək istəyənlər üçün Troya ərazisinə ən yaxın yaşayış məntəqəsi olan Tevfikiyə kəndi ideal seçimdir. Burada fəaliyyət göstərən ailəvi qonaq evləri ziyarətçilərə bölgənin qonaqpərvərliyini yaxından yaşamaq imkanı yaradır.

Bölgədə nələri kəşf etmək olar?

Troya qədim şəhəri eyni zamanda Troya Şərab Marşrutunun mühüm dayanacaqlarından biridir. Geliboludan başlayaraq Eceabat və Troya üzərindən Bozcaada adasına qədər uzanan bu marşrut səyahətsevərlərə bölgənin zəngin üzümçülük və şərabçılıq ənənələrini yaxından tanımaq imkanı verir. Mənzərəli marşrut boyunca yerli istehsalçılar və unikal dadlar ziyarətçiləri gözləyir.

Çanaqqalada hansı dadları sınamaq lazımdır?

Çanaqqala zəngin mətbəxi ilə də seçilir. Bölgənin məşhur Ezine pendiri, yerli zeytun yağından istifadə edilərək hazırlanan tərəvəz yeməkləri və təzə dəniz məhsulları qonaqlara unudulmaz qastronomik təcrübə bəxş edir. Xüsusilə Dardanel boğazı və Saros körfəzindən ovlanan sardina balığı bölgənin ən məşhur ləzzətləri sırasında yer alır. Bu dadlar Çanaqqalanın məşhur şərabları ilə birlikdə bölgənin kulinariya mədəniyyətini daha da zənginləşdirir.

SAMİRƏ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Azərbaycan-NATO hərbi logistika əməkdaşlığı müzakirə olunub

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

20.11.2026 / 10:03
Tramp İrana yeni hücumla bağlı yeni tarix açıqladı – nələrin baş verəcəyini görəcəyik…

20.11.2026 / 09:47
Abşeron-Xızı Təhsil İdarəsinin müdiri yeni vəzifəyə təyin edildi...

20.11.2026 / 09:30
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə kiçik və böyük qrant müsabiqələrini elan edir

20.11.2026 / 09:20
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - FOTO/YENİLƏNDİ

20.11.2026 / 08:41
Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət etdi - FOTO

20.11.2026 / 08:21
Ukraynanın NATO-ya üzvlüyü gündəmdə - yalnız ərazi güzəşti qarşılığında…

20.11.2026 / 08:11
Netanyahunun əsas rəqibi hərəkətə keçdi - Ayzenkot ərəb partiyaları ilə koalisiyaya gedir

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ