Baş Prokurorluğun mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, araşdırmalar zamanı cəmiyyətin üç əməkdaşı tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə 22 sentyabr 2015-ci il tarixdə paytaxtın Yasamal rayonu ərazisində yerləşən mağazada yoxlama apararaq istifadə müddəti bitmiş ərzaq məhsulu satışına görə mağaza sahibini külli miqdarda cərimə etməmək və bu barədə aidiyyəti təşkilatlara məlumat verməmək müqabilində təmsil etdikləri cəmiyyətlə müqavilə bağlayıb qanunsuz ödəniş etdirməklə vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.