DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən 11.07.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini Mirhəsən Ocaqov saxlanıb. Saxlandıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 4 bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, yaşadığı ünvandan isə avtomat silahına aid 12 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır