Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdiyi tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Məmətiyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qram narkotik vasitə marixuana aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq T.Məmətiyevin Qullar kəndində yaşadığı evə də baxış keçirilib və oradan 450 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.