Videobloqer Ata Abdullayev Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə dünən KİV-də yayılmış məlumat bu gün Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən təsdiqlənib.
Qeyd edək ki, elektron kütləvi informasiya vasitələrində Ata Abdullayevin polis tərəfindən saxlanılması barədə xəbər yayılıb. Ata Abdullayevin məmurları şantaj edərək külli miqdarda pul aldığı üçün polis tərəfindən saxlanıldığı bildirilir.