Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı Masallı rayonunun Ərkivan qəsəbə sakini Q.Bədəlovun karantin rejiminin qaydalarını pozaraq F.Mirzəyevə məxsus restoranda oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məclisin təşkilatçıları və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub.