Qubada evlərdən oğurluq edirdi... - FOTO

img

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən müxtəlif vaxtlarda bir ədəd velosiped, məişət avadanlıqları və geyim əşyaları oğurlanması barədə müraciət daxil olub.

Daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Ramin Teymurxanov saxlanılıb.

Saxlanılan şəxs törətdiyi əməlləri etiraf edərək, qanunsuz yolla əldə etdiyi velosipedi dəyərindən ucuz qiymətə satdığını, digər əşya və avadanlıqları isə gizlətdiyini bildirib. Həmin velosipedin, eləcə də digər əşyaların yerləri polis əməkdaşları tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı R.Teymurxanov barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Son xəbərlər