Suraxanı rayonu Bülbülə qəsəbəsində mağazalardan birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər mağazadan 2 min manata yaxın energetik içki və tütün məmulatları oğurlayıblar.
Həmin mağazadan oğurluq edilməsi obyektin müşahidə kameraları vasitəsi ilə də görüntülənib.
Onlar ifadələrin etdikləri oğurluğu etiraf ediblər. Saxlanılan şəxslər barəsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib.Araşdırmalar davam etdirilir.