Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 30 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 44 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.