Şəki ŞRPŞ-nin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayon sakini Fərhad Şahməmmədova məxsus fərdi yaşayış evinin həyətindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ-8” markalı ov tüfəngi aşkar edilərək götürülüb.