Qazaxda sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşan şəxslər saxlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyul ayının 12-dən etibarən düşmənlə təmas xəttində gərgin vəziyyətin hökm sürdüyü vaxtda sosial şəbəkələrdə Qazax rayonu ərazisində yürüş keçiriləciyi ilə bağlı insanlar arasında çaşqınlıq yarada biləcək əsassız, həqiqətə uyğun olmayan yalan məlumatlar paylaşılıb.
Qazax rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin məlumatları paylaşan şəxslərin kimliyi müəyyən edilib. Belə ki, araşdırmalarla məlum olub ki, rayon sakinləri Ş.Almazova və Kamal Əliyev müntəzəm olaraq sosial şəbəkələrdə vətəndaşlara həqiqətə uyğun olmayan çağırışlar edib. Həmin şəxslər saxlanaraq RPŞ-yə gətirilib, profilaktik söhbətlər aparılaraq onlara ciddi xəbərdarlıq edilib.