02/12/2020 07:12
728 x 90

Polis Xaçmazda da karantin rejiminə əməl edilməsini nəzarətdə saxlayır... - FOTO

img

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində rayon ərazisində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, vətəndaşlarla profilaktik söhbətlər aparmaqla onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar.

Sakinlərdən təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən şöbə əməkdaşları, hər kəsə “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər. Həmçinin elan olunmuş xüsusi karantin rejiminin tələblərinin icrası ilə əlaqədar rayon ərazisindəki pensiya və müavinətlərin verilməsi ilə bağlı bankomatların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirlər yerinə yetirirlər.

Bundan əlavə ticarət mərkəzlərində də reydlər keçirilir, tibbi maskadan istifadə etməyən şəxslər barədə inzibati qaydada tədbirlər görülür. 

Son xəbərlər