02/12/2020 07:05
728 x 90

Siyəzəndə karantin qaydalarını pozaraq məclis təşkil edən gənclər cərimələndilər - FOTO

img

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan qəzetimizə verilən məlumata görə, Siyəzən rayonu ərazisində elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

RPŞ-nin və Daxili Qoşunlarının əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayon sakini Rövşən Bağırova məxsus həyətyanı sahədə yerləşən yarım tikilidə 11 gənc tərəfindən yeyib-içmək məclisi təşkil edildiyi aşkarlayıblar. Əməkdaşlar tərəfindən məclis dərhal dayandırılıb. Məclisin iştirakçıları saxlanılaraq RPŞ-nə gətirilib, burada onlarla karantin qaydaları barədə izahedici söhbətlər aparılıb.

Bundan əlavə gənclərə son günlərdə cəbhə xəttində hərbiçilərimiz tərəfindən aparılan qürurverici döyüşlər barədə məlumatlar verilib və şəhid olan soydaşlarımız qəhrəmanlıqlarından danışıblar. Gənclərə döyüşlərin aparıldığı bu həssas dövrdə etdikləri qayda pozuntusunun cəmiyyət tərəfindən heç də xoşa gələn bir hadisə olmadığı bildirilib.

Qayda pozan gənclərin hər bir barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 200 manat miqdarında cərimə ediliblər.

Hazırladı: Zümrüd VƏLİYEVA

Son xəbərlər