İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayonu Qullar kənd sakini Emil Novruzov saxlanıb. E.Novruzovun İsmayıllı rayonu Keşqurd kəndindəki evinə və həyətyanı sahəsinə baxış keçirilən zaman oradan çətənə bitkisinin toxumları, həmçinin kolluqda və plastik qabda xüsusi qulluq göstərilməklə yetişdirilən 267 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
E.Novruzov şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.