Cümə günü, 16 oktyabr 2026
     

Bu il bank kreditlərinin xeyli ucuzlaşacağı gözlənir...

Image


İqtisadiyyatı, xüsusən də özəl sektoru daha çox vəsaitlə təmin etmək üçün bank sektorunun daha artıq vəsait ayırması hələ də xüsusi diqqət mərkəzindədir. Digər bir mühüm məqam isə bankların ayırdıqları kreditlərin faiz dərəcələrinin aşağı salınmasıdır. Proseslərin inkişaf axarı cari il ərzində bu sahədə Mərkəzi Bankın daha fəal siyasət yürüdəcəyini deməyə əsas verir.

Əslində, bunun ilkin anonsları Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunları ilə bağlı keçirilmiş müşavirədə verilib. Həmin vaxt Mərkəzi Bankın sədri Elman Rüstəmov belə bi məqama diqqət çəkdi ki, keçən il pul siyasətinin yumşaldılması ilə də xarakterizə olub: "Ötən il biz 8 dəfə uçot dərəcəsini müzakirə edib, onun 7-də faiz dərəcələrini aşağı salmışıq. Bütövlükdə, biz bu siyasətin ümumi faizlərə də təsirini görürük. Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük. Təxminən 16 faizdən 11 faizə düşüb. Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük. Təbii ki, bunun səviyyəsi bizi hələ qane etmir və bu istiqamətdə işlər davam etdiriləcək".

Son iki ildə uçot dərəcəsi 15 faizdən 7,5 faizə salınıb. Amma yuxarıda qeyd olunduğu kimi, kredit faizləri hələ də qənaətbəxş deyil. İndi yaranmış vəziyyətdə gündəmə gələn məsələlərdən biri iqtisadi fəallığı daha da canlandırmaq, bu prosesdə maliyyə sektorunun iştirakını genişləndirməkdir. Bunun üçün cari ildə baş bankın uçot dərəcəsini yenidən aşağı salması istisna olunmur. Ekspertlər hesab edir ki, uçot dərəcəsinin yenidən enməsi barədə qərar qəbul edilsə, bu, ilk növbədə kreditlərin müəyyən qədər ucuzlaşmasına, iqtisadiyyata banklar tərəfindən daha çox vəsait yönəldilməsinə səbəb olacaq. Burada məlumat üçün qeyd edək ki, uçot dərəcəsi Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir. Yəni burada Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edir. Deməli, uçot dərəcəsi aşağı düşdükcə, kredit faizləri də ucuzlaşmalıdır. Elə iqtisadçı-ekspert Rəşad Həsənov da vurğulayır ki, ümumiyyətlə, uçot dərəcəsi faizlərin aşağı salınması və pul kütləsinin genişləndirilməsi üçün istifadə olunan alətlərdən biridir: "Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini azaltması müəyyən mənada bazara təsir göstərir. Amma digər ölkələrdə müşahidə etdiyimiz kimi, faizlər baxımından ciddi təsirləri olmur. Çünki hazırda Azərbaycanda uçot dərəcəsi çox zəif istifadə oluna bilən alətdir. Uçot dərəcəsinin təsirləri o zaman daha yüksək olur ki, mərkəzi banklarda mərkəzləşdirilmiş kreditlərin həcmi çox olur. İndiki halda Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin az olması uçot dərəcəsini aşağı salmaqla bu prosesə təsir imkanlarını məhdudlaşdırır. Banklararası bazarın inkişaf etməsi və Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin artması bu alətin daha effektiv istifadə olunmasına gətirib çıxara bilər". O bildirib ki, hazırda ölkəmizdə bank sektorunda müəyyən izafi likvidlik var: "Bu vəsaitlərin bir qismi Mərkəzi Bankın keçirdiyi depozit hərraclarında yerləşdirilir. Uçot dərəcəsinin aşağı düşməsi son nəticədə depozit hərraclarında faiz dərəcələrinin aşağı düşməsinə gətirib çıxarıb. Növbəti dövrlərdə bu prosesin davam etdirilməsi faizlərin daha da aşağı düşməsinə gətirib çıxaracaq və banklar bu vəsaitləri Mərkəzi Bankın depozitlərində yerləşdirməkdə maraqlı olmayacaq. Dolayısı ilə bu vəsaitlərin bir qismi məcburən bazara yönləndirilə bilər, yəni kredit portfelinin genişlənməsinə gətirib çıxara bilər. Bu da, öz növbəsində, müəyyən qədər təklif şərtlərinin yumşalmasına, rəqabətin artmasına və beləliklə faizlərin cüzi də olsa aşağı düşməsinə təsir göstərə bilir".

Ekspert qeyd edib ki, uçot dərəcəsinin aşağı düşməsi faizlərin enməsinə təsir göstərə bilər: "İstər biznes kreditləri olsun, istər istehlak kreditləri olsun, bu proses paralel gedir. Amma uçot dərəcəsinin 15 faizdən 7,5 faizədək azaldılmasının təsirlərini ölçsək, faizlərə təsirinin cüzi olduğunu görürük, yəni bazarda kredit faizlərində bunun effekti zəifdir. Amma növbəti dövrlərdə Mərkəzi Bank uçot dərəcəsini aşağı salmaqla təsir imkanlarını artırmağa, müəyyən qədər bazarda faizlərin aşağı düşməsini təmin etməyə çalışacaq. Bunun üçün də əsas yollardan biri maliyyə bazarlarının liberallaşdırılması ola bilər, yəni bazar iştirakçılarının sayının artması, beynəlxalq maliyyə korporasiyalarının bazara daxil olmasına şəraitin yaradılması rəqabəti dərinləşdirə bilər və vəsaitlərin bazara daxil olması ilə faiz dərəcələrini azalda bilər. Uçot dərəcəsi hər bir ölkədə müxtəlifdir. Məsələn, Avropa İttifaqında uçot dərəcəsi 0,75 faiz ətrafında dəyişir. Rusiyada uçot dərəcəsi 7 faizdir. Türkiyədə isə uçot dərəcəsi yüksəkdir, təxminən 12 faiz ətrafındadır". Bundan başqa o da faktdır ki, ölkədə inflyasiya səviyyəsi də uçot dərəcəsinin endirilməsinə imkan verir. Qeyd olunduğu kimi, uçot dərəcəsi aşağı olarsa, müvafq olaraq kredit faizləri aşağı düşür və kredit əhali üçün daha əlçatan olur. Belə vəziyyət, öz növbəsində, iqtisadi fəallığı artırır. Hesab edilir ki, banklar könüllü şəkildə kreditlərin faizini aşağı salmasa, məsələyə baş bank tərəfindən mütləq şəkildə inzibati müdaxilə olmalıdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ