Cümə günü, 16 oktyabr 2026
     

Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər

Image


Hər bir ölkənin iqtisadi təhlükəsizliyinin qorunması gömrükdən başlayır. Azərbaycan dövlətinin də iqtisadi təhlükəsizliyinin əsas təminatçılarından biri ölkə gömrüyüdür ki, ölkəmizə idxal edilən, ölkəmizdən ixrac edilən bütün məhsulların, malların keçirilməsi gömrük vasitəsilə reallaşdırılır.

Ölkəmiz üçün təhlükəli olan, yaxud ola bilən istənilən məhsulun, nəşrin, eləcə də digər vasitələrin respublikamıza keçirilməsinin qarşısının alınmasında, saysız təxribatın zərərsizləşdirilməsində Azərbaycan gömrüyünün rolu böyükdür. Gömük işçiləri yalnız bizim iqtisadi təhlükəsizliyimizin deyil, həm də mənəvi təhlükəsizliyimizin qoruyucuları kimi özlərini göstərə bilirlər. Azərbaycan gömrüyü müasir dünyanın bütün çağırışlarına cavab verən, inkişaf edən, etibarlılığı ilə diqqəti çəkən bir orqandır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi strategiyanın keşiyində dayanan Azərbaycan gömrüyü dövlətçilik təməlinin möhkəmləndirilməsində əhəmiyyətli rola malikdir. Azərbaycanın quru, hava və dəniz yollarında təhlükəsizliyi qoruyan gömrük əməkdaşları dövlətimizin mənafeyini hər şeydən uca tuturlar. “Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir" - deyən Heydər Əliyev gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir və bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı.

Azərbaycan gömrüyü zəngin tarixə malikdir. Orta əsrlərə aid sənədlər sübut edir ki, Azərbaycanın xarici ticarət əlaqələrinin çox qədim tarixi var. Hələ IX əsrdə Azərbaycan ərazisində gömrük vergiləri tətbiq olunurdu. XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə kimi, yəni Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına qədər burada sərbəst vergi və gömrük siyasəti yeridilirdi.

Azərbaycanda ilk gömrük idarəsi isə Çar Rusiyasının Bakı xanlığını işğal etməsindən sonra yaradılıb. Bakı şəhərində gömrükxana Rusiya imperatoru I Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 fevral) 1807-ci ildə təqdim olunan "Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə" fərmanla yaradılıb və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilib. Sonralar Azərbaycanda Astara və Culfa gömrük məntəqələri də açılıb. Məlumdur ki, Azərbaycanda ilk gömrük idarəsinin yaradılmasından 200 ildən artıq bir vaxt keçir.

1918-ci il mayın 28-də Azərbaycan müstəqilliyini elan etdikdən sonra Xalq Cümhuriyyəti gömruklə bağlı görüləcək işlərə də xüsusi diqqət yetirib. Həmin il dekabrın 17-də parlamentdə gömrüklə bağlı qərar qəbul edilib. Gömrük məntəqələrində ciddi yoxlamalar aparılıb, yeni gömrük məntəqələrinin, zastavalarının, keçid postlarının yaradılması zəruri hesab olunub. Lakin cəmi 23 ay mövcud olan müstəqil Azərbaycan dövlətinin digər mühüm fəaliyyət sahələri kimi, gömrük işinin inkişafı da tamamlanmadı.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə buradakı sərhəd məntəqələrində Sovet İttifaqına məxsus gömrük xidməti orqanları fəaliyyət göstərib. Lakin onların heç biri Azərbaycan Respublikasının bilavasitə fəaliyyəti ilə bağlı olmayıb. Çar Rusiyasının xələfi olan Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılıb və müxtəlif iqtisadi orqanlara tabe etdirilib.

Azərbaycan gömrüyünün inkişafında Heydər Əliyevin müstəsna rolu olub. Dövlət Gömrük Komitəsi dövlət müstəqilliyimizin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb.

Lakin həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi.

Naxçıvan MR Ali Məclisinin sədri olmuş Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yaradılması və əsl milli gömrük xidmətinin formalaşdırılması sahəsində görülən tədbirlər isə nəinki Naxçıvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq və yerli iqtisadiyyatı möhkəmlətmək üçün imkan yaratdı, eləcə də bütün Azərbaycanda siyasi münasibətlərə əhəmiyyətli təsir göstərmiş oldu.

1995-ci il yanvarın 9-da Azərbaycan Prezidentinin yanında gömrük işinin təşkilinə həsr olunmuş müşavirə respublikada gömrük xidmətinin yenidən qurulması, inkişafının əsas istiqamətləri və prinsiplərini müəyyən etdi. Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli Sərəncamı ilə yanvarın 30-nun gömrük əməkdaşlarının peşə bayramı günü elan edilməsi də Heydər Əliyevin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək dəyərin əyani nümunəsi idi.

Qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ilk olaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin hazırlanmasına başlanıldı. Komitənin mütəxəssisləri və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan Gömrük Məcəlləsi 10 iyun 1997-ci il tarixində qəbul edildi. Bu məcəllədə o dövr üçün Azərbaycan Respublikasının çağırışlarına cavab verən müddəalar öz əksini tapdı. Eyni zamanda, məcəllənin tətbiqi ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarətinin təşkilində xüsusi əhəmiyyətə malik bir sıra qaydalar hazırlandı və onların icrası reallaşdırıldı.

Lakin ölkənin iqtisadi potensialı gücləndikcə və xarici ticarət əlaqələri genişləndikcə, gömrük orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac yarandı. Milli iqtisadiyyatın inkişafı zəminində yaranan yeni tələblər, beynəlxalq iqtisadi inteqrasiya və qloballaşma proseslərinin gücləndiyi dövrdə gündəmə gələn beynəlxalq normaların tətbiqi zərurəti ilə 2008-ci ildə yeni Gömrük Məcəlləsi layihəsinin hazırlanması işinə başlanıldı.

Sözügedən Gömrük Məcəlləsinin layihəsi Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlandı və 24 iyun 2011-ci ildə qəbul edildi.

Yeni Gömrük Məcəlləsi daha təkmil formaya malik olmaqla, yeni normalarla zənginləşdirildi və onun əsas fəlsəfəsi ticarətin sadələşdirilməsi və ona dəstək, elektron gömrük bəyannamələrinin verilməsi və s. istiqamətdə quruldu. Beynəlxalq standartlara cavab verən yeni Gömrük Məcəlləsi 1 yanvar 2012-ci ildə qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi tərəfindən yeni normativ-hüquqi sənədlər hazırlandı və müvafiq qərarlarla təsdiq edildi.

2016-cı ildə ölkəmizdə aparılan dərin islahatlar gömrük sistemində də müsbət dəyişikliklərə səbəb olub. Gömrük sistemində həyata keçirilən son islahatlar nəticəsində dövlət sərhədinin buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaq və vətəndaşların rahatlığını təmin etmək üçün malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi daha da təkmilləşdirilib.

Həmçinin, ticari-iqtisadi münasibətlərdə idxal-ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsi, bütün istiqamətlərdə gömrük işinin beynəlxalq standartlara uyğun aparılması, normativ-hüquqi bazanın yaradılması, ticarətin asanlaşdırılması, gömrük sərhədindən mal dövriyyəsinin sürətləndirilməsi, ölkədə sahibkarlığın inkişafında və biznes mühitinin formalaşmasında, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsində gömrük sisteminin rolunun daha da artırılması üçün bir sıra məqsədyönlü işlər görülüb.

"Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamına əsasən, idxal-ixrac əməliyyatlarının aparılmasında şəffaflığın tam təmin olunması, idxal olunan malların gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi, bütün bəyannamələrin gömrük orqanlarında elektron formada qəbulu, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədilə gömrük sistemində müasir texnologiya və avadanlıqlardan istifadə etməklə, gömrük işi sahəsində risqlərin avtomatlaşdırılmış idarəetmə sisteminin təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və beynəlxalq təcrübədə mövcud olan digər buraxılış sisteminin yaradılması ilə əlaqədar tapşırıqlar icra edilib.

Azərbaycan gömrüyünün daha da təkmilləşdirilməsi işi ilə yanaşı, gömrük orqanlarının fəaliyyəti də ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanır və qiymətləndirilir. Azərbaycan Prezidentinin 27 yanvar 2017-ci il tarixli müvafiq sərəncamları əsasında gömrük əməkdaşlarının ali xüsusi rütbələrə, orden və medallara, fəxri adlara layiq görülməsi, bütövlükdə, gömrükçülərə, gömrük işinə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. O cümlədən, peşə bayramı ərəfəsində Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Prezidentinin imzaladığı 24 yanvar 2017-ci il tarixli Fərmanı da deyilənləri bir daha təsdiqləyir. Qeyd edək ki, Azərbaycan Gömrük Xidməti əməkdaşları gələcəkdə də ölkənin iqtisadi qüdrətinin artırılmasında, dövlət başçısının həyata keçirdiyi siyasi kursun reallaşmasında, eləcə də büdcə öhdəliyinə dair tapşırıqlar üzrə öhdəsinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün qüvvə və bacarığını əsirgəməyəcəklərini bəyan edirlər.

Hazırda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərliyi ilə bu sahə inkişafa doğru gedir. Bu istiqamətdə baş verən inkişaf və yeniliklər diqqətdən yayınmır. Gömrük Komitəsinin rəhbəri dəfələrlə bəyan edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsi olaraq, gömrük orqanlarında islahatların aparılması istiqamətində mühüm işlər görülür. Gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektləri ilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir. Onu da vurğulayaq ki, bu sahədə struktur və kadr islahatları da həyata keçirilir və bunun nəticəsində bu istiqamət inkişaf edir. Onu da vurğulayaq ki, komitənin strukturuna daxil olan sərhəd və təyinat gömrük idarələrinin bazasında 5 baş idarə, komitənin aparatında yeni baş İdarələr və idarələr yaradılıb.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2018-ci il tarixli Fərmanının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin Gəncə, Tovuz, Balakən, Yevlax gömrük idarələrinin bazasında Qərb Ərazi Baş Gömrük İdarəsi, Astara, Biləsuvar, Şirvan, Xudafərin gömrük idarələrinin bazasında Cənub Ərazi Baş Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsinin bazasında Şimal Ərazi Baş Gömrük İdarəsi, Enerji Gömrük İdarəsi və Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsinin bazasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi və Aksiz Baş Gömrük İdarəsinin bazasında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi yaradılıb.

Dövlətimiz, xalqımız üçün böyük önəm daşıyan və ölkəmizin iqtisadi təhlükəsizliyini daim qoruyan gömrük orqanlarının hər zaman uğurlu fəaliyyətinin şahidi olacağımıza ümid edirik.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim edilir. 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ