Cümə günü, 16 oktyabr 2026
     

Manatı bahalaşdıra biləcək yeni təzyiqlər var…

Image


Yaxın Şərqdə hələ də səngiməyən gərginliyin təsir göstərdiyi əsas sahələrdən biri enerji və maliyyə sektorudur. Artıq məlumdur ki, ABŞ və İran arasında baş verənlər neftin qiymətini müəyyən dərəcədə bahalaşdırıb. Hesab edilir ki, gərginlik davam edərsə, qeyd olunan istiqamətlərdə vəziyyət daha sürətlə dəyişəcək. Gərginliyin isə davam edəcəyi istisna olunmur. Çünki İran hərbçilərinin son açıqlamalarından belə bəlli olur ki, onlar ABŞ-ın Yaxın Şərqdəki obyektlərinə zərbələri davam etdirməyi düşünür.

Hadisələr bu istiqamətdə davam edərsə, neftin qiymətinin yenidən dəyişməsi, bu fonda dolların ucuzlaşması gözlənilir. Digər tərəfdən xatırladaq ki, ABŞ onsuz da dolları ucuzlaşdırmağı düşünür. Bundan əvvəl isə bir çox nüfuzlu maliyyə təsisatlarının ekspertləri 2020-ci ildə dolların məzənnəsinin azalacağına dair də proqnozlar vermişdi.  Ekspertlərin ümumi proqnozuna əsasən, bu il ərzində avronun məzənnəsi hazırkı 1,1 dollardan 1,16 dollaradək artacaq. Proqnoza görə, ABŞ Federal Ehtiyatlar Sistemi faiz dərəcələrini dəyişmək fikrində olmadığı üçün sərmayəçilər daha risqli yatırımlara yönəlir, dolların məzənnəsi azalır. Belə ki, bu ilin sonunda avronun dollara qarşı məzənnəsi “Goldman Sachs” bankına görə 1,15, “Deutsche Bank”a görə 1,2 olacaq.  “Bank of America”nın ekspertləri isə ABŞ-Çin ticarət qarşıdurmasının mühüm təsiri olacağını bildiriblər. İndiki halda bura ABŞ-İran  gərginliyi də əlavə olunur. Aydındır ki, dollar ətrafında baş verənlər manata da təsirsiz ötüşməyəcək. Bu barədə danışmazdan öncə xatırladaq ki, Mərkəzi Bank bu il manatın məzənnəsinin, ən azından, indiki həddə qalmasında maraqlıdır. Mərkəzi Bankın 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu xüsusda bildirilir: "Mövcud məzənnə rejimi çərçivəsində Mərkəzi Bank manatın məzənnəsinin makroiqtisadi fundamentallar əsasında formalaşmasına şərait yaradacaq. Manatın məzənnəsinin uzunmüddətli dinamikasını müəyyənləşdirən başlıca amil tədiyə balansının vəziyyəti olacaq ki, bu da xarici şokların və kapital axınlarının təsiri ilə dəyişə bilər. Ona görə də başlıca ixrac məhsulları üzrə qiymətlərin dəyişimi və kapital axınları, eləcə də nominal və real effektiv məzənnələrin dinamikası daim monitorinq olunacaq, onların iqtisadiyyata və maliyyə bazarlarına təsirləri diqqətdə saxlanacaq". Buradan aydın görünür ki, manatın sabit məzənnədə qalması xüsusi diqqət mərkəzində yer alacaq. Amma dollar ətrafında baş verənlər, Yaxın Şərqşdə artan gərginlik cari ildə manatın güclənməsi istiqamətində əlavə təzyiqlər yaradır. İqtisadçı Samir Əliyev isə  bildirir ki, baş verənlər artıq ölkənin valyuta ehtyiatlarının artımına təsir edir. Onun sözlərinə görə, ötən il Mərkəzi Bank öz valyuta ehtiyatlarını 11% artıraraq 6,3 milyard dollara çatdırıb: “Bankın ehtiyatlarının il ərzində 632,3 milyon dollar artmasında valyuta alışı müdaxiləsi də rol oynayıb. Məhz bu müdaxilə ilə Mərkəzi Bank manatın bahalaşmasına imkan verməyib. Daxili valyuta bazarında tәklifin tәlәbi üstәlәməsi səbəbindən manat bahalaşma təzyiqi altında olub. Bu isə onu deməyə əsas verir ki, ötən il manatın üzən məzənnə rejiminə keçidi onun bahalaşması ilə nəticələnə bilərdi. Bu rəyi Mərkəzi Bank 2020-ci il üzrə pul vә maliyyә sabitliyi siyasәtinin әsas istiqamәtlәri ilə bağlı bəyanatında da təsdiq edir. İdxalın təxminən 20%-ə qədər artımı da valyuta tələbatına ciddi təsir göstərə bilməyib”. S.Əliyevin sözlərinə görə, bu il manatın məzənnəsinə ciddi dəyişiklik gözlənilmir: “Yalnız 2 hal - neftin kəskin ucuzlaşması və siyasi qeyri-sabitlik istisnadır. Hökumət, ən azı, ilin birinci yarısında manatı indiki səviyyədə saxlayacaq”. Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov tədiyə balansının müsbət olmasının manata təsirsiz ötüşmədiyini bildirir: "Burada neft amili də mühüm rol oynayır. Hazırda neftin qiyməti iqtisadiyyatdan yox, daha çox geosiyasətdən asılıdır". Geosiyasətdə yaşanan gərginliklər isə, yuxarıda qeyd olunduğu kimi, neftin qiymətini yüksək həddə saxlayır. Başqa faktorlar da prosesə təsir göstərir. Məlumdur ki, artıq bir çox ölkələr ticarətin milli valyutalar üzərindən həyata keçirilməsi istiqamətində çoxsaylı sazişlər imzalayıb. Rusiya, Türkiyə, Çin və İran bu istiqamətdə artıq müvafiq addımlar atır. Venesuelada bank əməliyyatlarında dollar istifadə edilmir. Hətta Türkiyə, Rusiya və İran milli pul vahidləri ilə ticarət aparılması məsələsində razılığa gəliblər. Eləcə də Rusiya və Avropa İttifaqı maliyyə əməliyyatlarının rubl və avro ilə aparılması ilə bağlı işçi qrup yaradıb.  İraq da artıq bir sıra qarşılıqlı ticarət əməliyyatlarında dollardan imtina edir. Bütün bunlar isə dollara təsirsiz ötüşmür, ona dünyada və Azərbaycanda tələbi azaldır. Həmçinin, ABŞ-ın bəzi ölkələrə qarşı iqtisadi savaşı da duruma təsir edir. Məsələn, Çin, Rusiya kimi ölkələr ABŞ-dan aldıqları qiymətli kağızları satır. Bu ölkələrin və digərlərinin istiqraz satışından əldə etdiyi dollar kütləsini satışa çıxaracağı və bu yolla Amerika valyutasının məzənnəsini zəiflədəcəyi gözlənir. Bir sıra ərəb ölkələri də ABŞ qiymətli kağızlarından xilas olmağa çalışır. Qeyd edilənlər fonunda qarşıdakı dövr ərzində manatın dollar qarşısında artıq müəyyən qədər dəyər qazanması qaçılmaz sayılır. Düzdür, bunu şərtləndirən səbəb təkcə yuxarıda qeyd olunanlar deyil. Azərbaycanda idxalın getdikcə azalması, ixracın artması da dolların mövqeyini zəiflədir. Bu gedişlə dollara tələbin, sifarişin daha da azalacağı gözlənir. Bu da, təbii ki, manatın məzənnəsinin möhkəmlənməsinə təsir göstərir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ