Cümə günü, 16 oktyabr 2026
     

“Visa” və “MasterKard” Azərbaycan banklarına tələb qoydu – təmassız kart...

Image


Aparılan hesablamalar göstərir ki, qarşıdakı 5 ildə Azərbaycanda nağdsız ödənişlər 52 milyard manatadək artacaq. Həmin müddət ərzində isə nağd iqtisadiyyatın çəkisinin 34 faiz azaldılması planlaşdırılır. Hökumətin nağdsız ödəmələrin genişləndirilməsi istiqamətində atdığı addımlar nəticəsində artıq son 3 ildə milli ödəniş sistemi üzrə aparılan dövriyyə 79 faiz artaraq 274 milyard manat olub. Həmin dövrdə kart ödənişlərində nağdsız dövriyyə isə 136 faiz artaraq 2,8 milyard manata çatıb. Amma qarışdakı dövr ərzində bu prosesin miqyasının daha da artması üçün indidən müvafiq addımlar atılır.

Qeyd edək ki, son illərdə sahibkarla fiziki və hüquqi şəxslər arasında hesablaşmalarda nağdsız əməliyyatların xüsusi çəkisi xeyli artıb. Buna qanunvericilikdə birbaşa və dolayı tələblərin qoyulması ilə nail olunsa da, hökumət bu sahədə əlavə stimullaşdırıcı addımlar atmaqla daha yüksək nəticənin əldə olunmasına çalışır. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən stimullaşdırıcı alət kimi bir sıra vergi güzəştlərinin tətbiq edilməsi də elə bundan irəli gəlir.  Verilmiş güzəştlər isə pos-terminal vasitəsilə ödənişi qəbul edənlərə aid edilir. Məqsəd həmin şəxslər üçün stimulun yaradılması, nağdsız ödəmələrin ən çox “axsadığı” sahədə - pərakəndə ticarət və ictimai iaşə sahələrində nağdsız ödəmələrin həcmini artırmaq, sahibkarları pos-terminallar tətbiq etməyə stimullaşdırmaqdır. Artıq bunun nəticəsidir ki, pərakəndə ticarət və ictimai iaşə sahələrində pos-terminalların tətbiqinin, nağdsız ödəmələrin həcm və dövriyyəsinin artması qeydə alınır. Bu isə büdcə daxilolmalarının artımında əksini tapır. "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda əksini tapan vəzifələrin icrası da prosesi əhəmiyyətli dərəcədə sürətləndirməkdədir. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bütün bunların çox mühüm əhəmiyyət kəsb etdyini vurğulayır: “Qlobal trendlər onu göstərir ki, dünyada bankçılıq fəaliyyətində rəqəmsallaşma və nağdsız iqtisadiyyat quruculuğu istiqamətində çox sürətli proseslər gedir. Nağdsız iqtisadiyyatın inkişafı bank-maliyyə sektorunun dayanıqlığı və onun resurs bazasının gücləndirilməsi deməkdir. Bu da, öz növbəsində, xərcləri azaltmaqla banklar tərəfindən göstərilən xidmətlərin əlçatanlığını artırır, onların investisiya imkanlarını genişləndirir və iqtisadiyyata kredit qoyuluşlarının artımını sürətləndirir. Məlumdur ki, bu istiqamətdə ölkəmizdə də genişmiqyaslı işlər aparılır. Dövlət Proqramı ölkənin nağdsız iqtisadiyyata transformasiyasının yeni və daha sürətli mərhələsinin başlanğıcını qoyub. Yüksək səviyyədə hazırlanmış olan bu Dövlət Proqramı ölkədə rəqəmsal ödənişlərin institusional mühitinin təkmilləşdirilməsi, bank sisteminin canlandırılması, sağlamlaşdırılması, digər  çoxsaylı prioritetləri özündə birləşdirir”.

Bu arada isə məlum olub ki, nağdsız ödəmələrin həcminin genişləndirilməsi üçün bank sektorunda daah bir mühüm addım atılmaqdadır. Belə ki, "VISA International" və "MasterCard" Azərbaycan banklarına tamamilə təmassız kartlara keçidlə bağlı tələb qoyub. Tələbə görə, 2021-ci ilədək ölkədə olan bütün banklar müştərilərinə təmassız plastik kartlar təqdim etməlidir. "AzeriCard" MMC-nin departament direktoru Cahangir Məmmədov belə bir tələbin olduğunu təsdiqləyib: "Hazırda "AzeriCard"ın xidmətlərindən istifadə edən banklar bu məsələ ətrafında işləri davam etdirir". Onun sözlərinə görə, bütün banklarda bu proseslər gedir və artıq bir sıra bankların müştəriləri təmassız kartlara malikdir: "Düşünürəm ki, tələb olunan müddətin sonunda bankların hamısı müştərilərinə tamamilə təmassız kartlar təklif edə biləcək".

Məsələ ilə bağlı iqtisadçı-ekspert Samir Əliyev bildirir ki, informasiya texnologiyaları inkişaf etdikcə bankların funksiyaları və əhali üçün rahatlığı artır: "Bu gün Azərbaycanda plastik kartlar heç də hamısı eynicinsli deyil. Bəzi plastik kartlar ödəniş etmək üçün mütləq pos-terminala daxil edilməlidir və PİN-kod yığılmalıdır. Artıq yeni nəsil plastik kartlar var ki, onu pos-terminala daxil etməyə ehtiyac yoxdur. Yeni nəsil kartı pos-terminala yaxınlaşdırmaqla ödəniş etmək mümkündür. Azərbaycan bankları yeni nəsil kartlara keçməyə hazırdır. Artıq bir sıra banklarda təmassız plastik kartlardan istifadə təcrübəsi var".

Onun sözlərinə görə, yeni nəsil plastik kartların hazırlanması hər bir halda banklar tərəfindən sifariş verilir və bunun xərci onlar tərəfindən ödənilir: "Bunun xərci heç bir halda vətəndaşın üzərinə düşməyəcək. Əksinə bu, vətəndaş üçün rahatlıq yaradır. Banklar özləri də təmassız kartlara keçməkdə maraqlıdır. Belə ki, kartdan nə qədər çox istifadə edilsə, banklar bir o qədər gəlir götürür. Yəni kart vasitəsilə dövriyyənin yüksək olması bankın gəlirlərinin artmasına təsir göstərir. Düşünmürəm ki, təmassız kartlara keçiddə hər hansı bir problem yaranacaq, banklar bundan imtina edəcək və yaxud da böyük xərcə düşəcək. Getdikcə Azərbaycan bankları heç bir problem olmadan rahat şəkildə təmassız kartlara keçə bilər". O bildirib ki, xaricdə təmassız kartların payı getdikcə artır: "Gələcəkdə xarici ölkələrdə bizim köhnə kartlardan istifadə çətinlik yarada bilər. Azərbaycan bankları artıq təmassız kartlara keçməlidir və bir sıra banklar bunu edir".

Digər ekspertlər də vurğulayır ki, təmassız kartlar daha təhlükəsizdir və pos-terminala daxil etməyə ehtiyac yoxdur. Onu da bildirək ki, təmassız kartlara keçid vaxt itkisinin qarşısını alır və onlar digər kartlara nisbətən daha uzun müddət istifadə edilir. Çünki təmassız kartlarda kontakt olmadığı üçün zədələnmir. Onu da bildirək ki, yeni nəsil kartlardan təmaslı da istifadə etmək olar. Yəni yeni nəsil kartlarda təmaslı funksiyası da var və onları da, ehtiyac olarsa, pos-terminala daxil etmək olur. Beləliklə, görülən işlər qarşıdakı dövr ərzində yeni kartlar hesabına da nağdsız ödənişlərin miqdarının əhəmiyyətli dərəcədə artacağını göstərir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ