Rusiya prezidenti Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Ukrayna ilə bağlı bu günə qədər açıqlanmayan maraqlı bir detalı da paylaşıb.
O, bildirib ki, üç həftə əvvəl bir rusiyalı iş adamı Kiyevə dəvət olunub və o, Ukrayna Prezidenti Zelenski ilə görüşüb. Putin bildirib ki, iş adamı Zelenski ilə görüşdən qayıdandan sonra görüşün təfərrüatlarını ona çatdırıb. Putin adını açıqlamadığı bu iş adamının Zelenskinin 21 maydan sonra görüş təklifini ona çatdırdığını bildirib. Rusiya lideri təklifə açıq olduğunu bir daha təkrarlayaraq deyib: "Mən heç vaxt görüşlərdən yayınmamışam".
Lakin Putin daha sonra Ukrayna ordusunun Stratobelsk şəhərinə hücumundan sonra iş adamına zəng edərək "Bu nədir?" deyə soruşduğunu xatırladıb. Putinin sözlərinə görə, iş adamı ona hücumdan xəbərsiz olduğunu deyib. Rusiya lideri bildirib ki, Stratobelsk hücumundan sonra və Zelenskinin danışıqlara çağıran açıq məktubundakı "kobud tona" görə Ukrayna lideri ilə görüşməyin mənası yoxdur.
Tahir TAĞIYEV