Britaniya Kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor üzünün sağ tərəfində, gözünün ətrafında və yanağında böyük bir qançırla obyektivlərə tuş gəlib.
Express xəbər verir ki, şəkillər onun Norfolkdakı Sandrinqem mülkündəki evinin yaxınlığında çəkilib. Qançırın səbəbi rəsmi olaraq açıqlanmayıb.
Britaniya mediasının məlumatına görə, bu, kiçik tibbi problem və ya məişət zədəsi ola bilər, lakin hələlik təsdiq yoxdur.
Endryunun nümayəndələri ictimaiyyətə açıqlama verməyiblər.
Şəkillərin dərc olunması III Çarlzın kiçik qardaşı ilə bağlı davam edən qalmaqallar fonunda geniş müzakirələrə səbəb olub. O, son aylarda demək olar ki, ictimaiyyət qarşısında görünməyib, ancaq qalmaqallarla gündəmə gəlib.
SAMİRƏ