İran və ABŞ arasında razılaşmanın son versiyası üzərində iş davam edir. Bu barədə İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi məlumat verib.
"Sazişin mətni yalnız nəticədən razı qaldığımız zaman qəti hesab edilə bilər. Vaxt çərçivəsinə gəldikdə isə, konkret tarixlər deyə bilmərəm. Mətni maraqlarımıza uyğun olaraq yenidən nəzərdən keçirmək niyyətindəyik", - deyə o bildirib.
Bu arada, ABC News-un məlumatına görə, ABŞ ilkin razılaşmanın bir hissəsi olaraq İranın nüvə məsələlərində yazılı zəmanətlər verməsində israr edir.
ABŞ və İran arasında danışıqların əsas mövzusu atəşkəsin rəsmi olaraq uzadılması, Hörmüz boğazının tədricən açılması və İranın nüvə proqramı ilə bağlı gələcək müzakirələr üçün vaxt çərçivəsini müəyyən etməyi nəzərdə tutur.
Tahir TAĞIYEV