ABŞ Prezidenti Donald Tramp Milli Kəşfiyyatın Direktoru vəzifəsini icra edən Bill Pulteyə agentliyin işçilərinin sayının azaldılması prosesinə başlamağı tapşırıb. Bu barədə o, "The Wall Street Journal" qəzetinə bildirib. Qəzetin məlumatına görə, prezident 18 kəşfiyyat agentliyi və şöbəsinə nəzarət edən Milli Kəşfiyyat Direktoru Ofisinin "lazımsız və ya çox böyük" olduğuna inanır. Pultedən işçilərini işdən çıxarmağı tələb edib-etmədiyi soruşulduqda, Tramp onun "bu prosesə başlamasını" istədiyini bildirib. Prezident həmçinin agentliyin rolunun bir daha nəzərdən keçirilməsini də istisna etməyib. "Biz Təhsil Departamentini daha kiçik etdik və bu agentlik də daha kiçik olmalıdır. Hətta ləğv edilə bilər və biz bu qərarı verəcəyik" - WSJ Trampın sözlərini sitat gətirir.
SAMİRƏ