İyunun 5-i səhər saatlarında Kiyevin Obolon rayonunda fəaliyyət göstərən poçt operatorunun çeşidləmə mərkəzində partlayış baş verib.
Məlumata görə, partlayış terminalda bağlamalardan birinə baxış keçirilərkən baş verib. Nəticədə 59 yaşlı kişi həyatını itirib, 37 və 41 yaşlı daha iki nəfər isə yaralanıb.
Təhlükəsizlik Xidməti terror aktı ilə bağlı araşdırmalara başlayıb.
Tahir TAĞIYEV